Prezidentin fərdi təqaüdünün məbləği 1500 manat müəyyən edilib

Prezidentin fərdi təqaüdünün məbləği 1500 manat müəyyən edilib
# 13 yanvar 2023 10:42 (UTC +04:00)

Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün məbləği 2023-cü il yanvarın 1-dən 1500 manat müəyyən edilib.

APA xəbər verir ki, bu, Prezident İlham Əliyevin fərmanı ilə “Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün məbləğinin artırılması və “Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında” fərmana edilən dəyişiklikdə əksini tapıb.

İndiyə qədər Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün məbləği 1450 manat olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR