“Qazprom”un sədri Prezident İlham Əliyevə təbrik ünvanlayıb

Prezident İlham Əliyev

© APA | Prezident İlham Əliyev

# 25 dekabr 2021 14:27 (UTC +04:00)

“Qazprom” Publik Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Aleksey Miller Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

APA-nın xəbərinə görə, təbrikdə deyilir:

“Hörmətli İlham Heydər oğlu,

“Qazprom” Publik Səhmdar Cəmiyyətinin İdarə Heyəti adından və şəxsən öz adımdan Sizi əlamətdar yubileyiniz – anadan olmağınızın 60 illiyi münasibətilə ürəkdən təbrik edirəm.

Sizə səmimi qəlbdən möhkəm cansağlığı, firavanlıq, səmərəli və uğurlu fəaliyyət, Azərbaycan naminə yeni genişmiqyaslı zəfərlər diləyirəm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR