Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri aparılacaq

Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri aparılacaq
# 24 iyun 2022 18:26 (UTC +04:00)

Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestrinin aparılması qaydası hazırlanacaq.

APA-nın xəbərinə görə, Prezident İlham Əliyevin bu gün “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının 2022-ci il 5 may tarixli 523-VIQ nömrəli Qanununun tətbiqi haqqında imzaladığı fərmanda əksini tapıb.

Fərmana əsasən, Nazirlər Kabineti 4 ay müddətində qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların (qida məhsullarında aşkar korlanma, dağılma, çürümə əlamətlərinin olması halları istisna olmaqla) açıq reyestrinin aparılması qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etməlidir.

Eyni zamanda Nazirlər Kabineti 4 ay müddətində "Qida təhlükəsizliyi haqqında" qanunun tələblərinə uyğun olmayan və (və ya) təhlükəli qida və yem məhsullarının geri çağırılması, yığışdırılması, utilizasiyası və məhv edilməsi qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR