Rumıniya dövlət başçısı Azərbaycan Prezidentinə təbrik məktubu göndərib

Rumıniya Prezidenti Klaus Verner İohannis

© APA | Rumıniya Prezidenti Klaus Verner İohannis

# 28 may 2021 16:20 (UTC +04:00)

Rumıniyanın Prezidenti Klaus Verner İohannis Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

APA-nın məlumatına görə, təbrik məktubunda deyilir:

“Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə ən səmimi təbriklərimi, sülh və rifah diləklərimi sizə çatdırmaq istəyirəm.

Bu əlamətdar gündə Rumıniya ilə Azərbaycan arasındakı yüksək səviyyəli dialoq və əlaqələrin ikitərəfli strateji tərəfdaşlığın möhkəm təməli üzərində güclənəcəyinə əminliyimi ifadə edirəm. Nəqliyyat və enerji kimi strateji sahələr də daxil olmaqla, ikitərəfli iqtisadi əməkdaşlığın intensivləşdirilməsi və şaxələndirilməsi də ölkələrimiz arasındakı münasibətlərin mühüm istiqamətlərini təşkil edəcək.

Xahiş edirəm, Sizə olan dərin ehtiramımı qəbul edəsiniz”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR