Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Prezident İlham Əliyevi təbrik edib

Prezident İlham Əliyev

© APA | Prezident İlham Əliyev

# 24 dekabr 2021 12:07 (UTC +04:00)

Rusiya Federasiyasının Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

APA-nın xəbərinə görə, təbrikdə deyilir:

“Hörmətli İlham Heydər oğlu,

Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidmətinin rəhbərliyi adından və şəxsən öz adımdan Sizi 60 illik yubileyiniz münasibətilə təbrik edirəm. Siz Azərbaycan xalqının firavanlığına yönəlmiş nəcib fəaliyyətinizdə zəngin təcrübənizdən və rəhbər müdrikliyinizdən tam istifadə edirsiniz. Sizin yüksək peşəkarlığınız, ölkəniz qarşısında məsuliyyət və borc hissiniz böyük hörmət doğurur.

Hörmətli İlham Heydər oğlu, Sizə ali dövləti fəaliyyətinizdə yeni uğurlar, möhkəm cansağlığı, xoşbəxtlik, firavanlıq, dostlarınızın səmimiyyətini və diqqətini, Sizə əziz və yaxın insanların sevgisini arzu edirəm.

Bu xoş fürsətdən istifadə edib, ölkələrimizin xüsusi xidmətləri arasında qarşılıqlı fəaliyyətə göstərdiyiniz diqqət və dəstəyə görə Sizə minnətdarlığımı bildirmək istəyirəm. Bu qarşılıqlı fəaliyyət bundan sonra da Rusiyanın və Azərbaycanın təhlükəsizliyinin, milli maraqlarının müdafiəsinin, regionda sülhün və sabitliyin qorunub saxlanmasının qarantı olacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR