Sadır Japarov Prezident İlham Əliyevi təbrik edib

Prezident İlham Əliyev

© APA | Prezident İlham Əliyev

# 27 dekabr 2021 19:35 (UTC +04:00)

Qırğız Respublikasının Prezidenti Sadır Japarov Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib. APA-nın xəbərinə görə, təbrikdə deyilir.

“Hörmətli İlham Heydər oğlu.

Altmış illik yubileyiniz münasibətilə səmimi təbriklərimi qəbul edin.

Əminəm ki, Qırğızıstan və Azərbaycan arasında çoxəsrlik ümumi tarixə, mənəvi və mədəni dəyərlərin yaxınlığına əsaslanan möhkəm dostluq və strateji tərəfdaşlıq əlaqələri xalqlarımızın köklü maraqlarına uyğun olaraq gələcəkdə də dərinləşəcəkdir.

Hörmətli Heydər oğlu, Sizə səmimi-qəlbdən möhkəm cansağlığı, firavanlıq və dövləti fəaliyyətinizdə uğurlar arzulayıram”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR