Samur-Yalama Milli Parkı ilə bağlı maliyyə yardımına dair müqavilənin müddəti uzadılıb

Samur-Yalama Milli Parkı ilə bağlı maliyyə yardımına dair müqavilənin müddəti uzadılıb
# 30 dekabr 2021 12:48 (UTC +04:00)

Azərbaycan Respublikasını təmsil edən Maliyyə Nazirliyi (“Resipient”) və Kreditanştalt für Videraufbau, Frankfurt am Main (“KfW”) arasında Cənubi Qafqaz üçün Ekoregional Təbiəti Mühafizə Proqramı çərçivəsində “Samur-Yalama Milli Parkının yaradılması” layihəsi üzrə Maliyyələşdirmə Müqaviləsinə düzəliş edilib.

APA-nın məlumatına görə, Prezident İlham Əliyev bu gün bununla bağlı qanunu təsdiqləyib.

Qeyd edək ki, 10 yanvar 2006-cı il tarixdə imzalanmış Müqaviləyə əsasən, Cənubi Qafqaz regionunda Ekoregional Mühafizə Proqramı və bu Proqramın tərkib hissəsi olan “Samur-Yalama Milli Parkının yaradılması, habelə bu işlərin həyata keçirilməsi ilə bağlı ilk növbədə xarici valyuta xərclərinin maliyyələşdirilməsi üçün əvəzsiz olaraq KfW 2 milyon 550 min avro maliyyə yardımını əvəzsiz olaraq verəcəkdi. Müqavilə çərçivəsinə 17 sentyabr 2020-ci il tarixinədək bu vəsaitdən 1 milyon 672 min 550,11 avro ödənilib. Sənəddə qeyd edilir ki, bu səbəbdən növbəti ödənişlər üçün 30 dekabr 2026-cı il tarixinədək hüquqi çərçivənin təmin edilməsi məqsədilə Maliyyələşdirmə Müqaviləsində dəyişikliklərin edilməsi təklif olunur. Dəyişikliyə əsasən, KfW artıq 31 dekabr 2009-cu il tarixindən sonra deyil, 30 dekabr 2026-cı ildən sonra ödəniş etməkdən imtina etmək hüququna malik olacaq.

Müqaviləyə görə, KfW ilə Resipient arasında bu Müqavilə ilə tənzimlənən qarşılıqlı hüquqi münasibətlər layihənin icra müddəti başa çatdıqdan sonra, bu Müqavilənin imzalandığı tarixdən 15 il müddətindən gec olmayaraq bitəcəkdi. Düzəlişə görə isə KfW ilə Resipient arasında bu Müqavilə ilə tənzimlənən qarşılıqlı hüquqi münasibətlər layihənin icra müddəti başa çatdıqdan sonra, 30 dekabr 2027-ci il tarixdən gec olmayaraq bitəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR