San-Marino Respublikasının Kapitan-Regentləri Azərbaycan Prezidentini təbrik ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev

© APA | Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev

# 02 iyun 2021 15:12 (UTC +04:00)

San-Marino Respublikasının Kapitan-Regentləri Cian Karlo Venturini və Marko Nikolini Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıblar.

APA-nın məlumatına görə, məktubda deyilir:

"Zati-aliləri.

Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının ildönümü – Respublika Günü münasibətilə San-Marino xalqı adından və şəxsən öz adımızdan Sizə və dost Azərbaycan xalqına ən xoş arzularımızı çatdırırıq.

Zati-aliləri, bu əlamətdar gündə Sizə ən yüksək ehtiramımızı bildirir, uğurlar arzulayır, Azərbaycan xalqına isə firavanlıq və rifah dolu gələcək diləyirik".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR