Şavkat Mirziyoyev Prezident İlham Əliyevə zəng edib

Şavkat Mirziyoyev və Prezident İlham Əliyev

© APA | Şavkat Mirziyoyev və Prezident İlham Əliyev

# 24 dekabr 2021 13:32 (UTC +04:00)

Dekabrın 24-də Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

APA-nın xəbərinə görə, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Şavkat Mirziyoyev dövlət başçısını yubileyi münasibətilə təbrik edib, ona prezidentlik fəaliyyətində uğurlar, möhkəm cansağlığı arzulayıb.

Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə Özbəkistan Prezidentinə təşəkkür edib.

Dövlət başçıları Azərbaycanla Özbəkistan arasında dostluq münasibətlərinin uğurla inkişaf etdiyini vurğulayaraq əlaqələrimizin bundan sonra da möhkəmlənəcəyinə əmin olduqlarını bildiriblər.

Telefon söhbəti zamanı əməkdaşlığımızın perspektivləri ilə bağlı məsələlər müzakirə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR