Şefik Caferoviç Prezident İlham Əliyevi təbrik edib

Şefik Caferoviç, Prezident İlham Əliyev

© APA | Şefik Caferoviç, Prezident İlham Əliyev

# 23 may 2022 11:53 (UTC +04:00)

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Şefik Caferoviç Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

APA xəbər verir ki, təbrik deyilir:

“Zati-aliləri.

Azərbaycanın milli bayramı – Müstəqillik Günü münasibətilə Bosniya və Herseqovinanın Rəyasət Heyəti adından və şəxsən öz adımdan Sizə səmimi salamlarımı və ölkənizin daha firavan olmasına dair ən xoş arzularımı çatdırıram.

Bu xoş fürsətdən istifadə edərək Bosniya və Herseqovina ilə Azərbaycan Respublikası arasında mövcud olan dostluq münasibətlərinin ölkələrimizin rifahı naminə bundan sonra da inkişaf edəcəyinə əminliyimi bildirirəm.

Zati-aliləri, xahiş edirəm, ən yüksək ehtiramımı qəbul edin”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR