Seneqal Prezidenti Azərbaycan dövlət başçısını təbrik edib

Məkki Sall

© APA | Məkki Sall

# 27 may 2022 16:07 (UTC +04:00)

Seneqal Respublikasının Prezidenti Məkki Sall Prezident İlham Əliyevə təbrik məktubu göndərib.

APA xəbər verir ki, məktubda deyilir:

"Hörmətli cənab Prezident.

Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram. Sizə və dost Azərbaycan xalqına davamlı tərəqqi və rifah arzulayıram.

Bu xoş fürsətdən istifadə edərək, ölkələrimiz arasında səmimi dostluq əlaqələrinin möhkəmləndirilməsi üçün Sizinlə birgə işləməyə hazır olduğumu bir daha vurğulayıram".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR