Sərdar Berdiməhəmmədov Prezident İlham Əliyevi təbrik edib

Sərdar Berdiməhəmmədov

© APA | Sərdar Berdiməhəmmədov

# 26 may 2022 11:51 (UTC +04:00)

Türkmənistanın Prezidenti Sərdar Berdiməhəmmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

APA xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli İlham Heydər oğlu.

Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və bütün qardaş Azərbaycan xalqına səmimi təbriklərimi və ən xoş arzularımı çatdırmaqdan şərəf duyuram.

Bu illər ərzində Azərbaycan Respublikası siyasi, ticari-iqtisadi, mədəni-humanitar sahələrdə, xalqın rifahının yaxşılaşdırılmasında və beynəlxalq aləmdə ölkənin nüfuzunun yüksəldilməsində sanballı uğurlar qazanıb.

Əminik ki, Türkmənistan ilə Azərbaycan Respublikası arasında mehriban qonşuluq, dostluq və qarşılıqlı anlaşma prinsiplərinə söykənən qardaşlıq münasibətləri xalqlarımızın işıqlı gələcəyi naminə bundan sonra da dinamik inkişaf edəcəkdir. Fərəhlə qeyd etməliyik ki, son illər ərzində ölkələrimiz arasında səmərəli, qarşılıqlı faydalı əməkdaşlıq keyfiyyətcə yeni səviyyəyə yüksəlib.

Hörmətli İlham Heydər oğlu, bu xoş fürsətdən istifadə edərək, Sizə səmimi-qəlbdən möhkəm cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan xalqına sülh, əmin-amanlıq və firavanlıq arzu edirəm".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR