Sergey Narışkin Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

Sergey Narışkin Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb
# 30 may 2023 13:09 (UTC +04:00)

Rusiya Federasiyasının Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

APA xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli İlham Heydər oğlu!

Rusiya Federasiyasının Xarici Kəşfiyyat Xidmətinin rəhbərliyi adından və şəxsən öz adımdan Sizi milli bayram - Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə təbrik edirəm.

Sizə Azərbaycan xalqının rifahı naminə ali dövlət vəzifənizdə uğurlar, cansağlığı, xoşbəxtlik və firavanlıq arzulayıram.

Fürsətdən istifadə edərək, əmin olduğumu bildirmək istəyirəm ki, Rusiya Federasiyasının Xarici Kəşfiyyat Xidməti ilə Azərbaycan Respublikasının müvafiq qurumları arasında qarşılıqlı hörmət və etimad prinsiplərinə əsaslanan fəaliyyətə göstərdiyiniz diqqət və dəstək bundan sonra da dövlətlərimizin təhlükəsizliyi və sabit inkişafının təmin edilməsi ilə bağlı məsələlərin uğurlu həllinə öz töhfəsini verəcək".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR