Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarının faydalı qazıntıları məlumat bazası yaradılacaq

Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarının faydalı qazıntıları məlumat bazası yaradılacaq
# 07 may 2022 18:57 (UTC +04:00)

Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarının geoloji quruluşu (stratiqrafiya, tektonika, maqmatizm, hidrogeologiya) və faydalı qazıntıları üzrə toplu məlumatlar bazası yaradılacaq.
APA-nın xəbərinə görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla “Yerin təkinin geoloji öyrənilməsinə və mineral xammal bazasından səmərəli istifadəyə dair 2020 – 2024-cü illər üçün Dövlət Proqramı”na edilən dəyişiklikdə əksini tapıb.
Ekologiya və Təbii Sərvətlər 2022– 2024-cü illərdə AMEA ilə birlikdə Nazirliyi Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarının geoloji quruluşu (stratiqrafiya, tektonika, maqmatizm, hidrogeologiya) və faydalı qazıntıları üzrə toplu məlumatlar bazasının yaradılmasını təmin etməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR