Səudiyyə Ərəbistanının vəliəhdi Prezident İlham Əliyevə təbrik məktubu göndərib

Məhəmməd bin Salman bin Əbdüləziz Al Səud

© APA | Məhəmməd bin Salman bin Əbdüləziz Al Səud

# 21 may 2022 18:37 (UTC +04:00)

Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi, Baş nazirin müavini Məhəmməd bin Salman bin Əbdüləziz Al Səud Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

APA xəbər verir ki, məktubda deyilir:

“Əs-səlamu əleykum və rəhmətullahi və bərəkətuhu.

Ölkənizin milli bayramı - Müstəqillik Günü münasibətilə Zati-alinizə ən səmimi təbriklərimizi çatdırırıq. Sizə möhkəm cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan Respublikasının hökumətinə və xalqına daha böyük inkişaf və firavanlıq arzu edirik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR