Sinqapur Respublikasının Prezidenti Həlimə Yaqub Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
APA xəbər verir ki, təbrikdə deyilir:
“Zati-aliləri.
Azərbaycanın milli bayramı – Müstəqillik Günü münasibətilə Sinqapur xalqı adından ölkənizə və xalqınıza səmimi təbriklərimi yetirir, həmçinin davamlı sülh, tərəqqi və xoşbəxtlik diləyir, ən xoş arzularımı çatdırıram.
Sinqapur qlobal təhdidlərə qarşı kollektiv mübarizəmizi gücləndirmək üçün bundan sonra da beynəlxalq ictimaiyyətlə sıx əməkdaşlıq edəcək”.