Slovakiya dövlət başçısı Azərbaycan Prezidentini təbrik edib

Slovakiya Prezidenti Zuzana Çaputova

© APA | Slovakiya Prezidenti Zuzana Çaputova

# 02 iyun 2021 16:52 (UTC +04:00)

Slovakiya Respublikasının Prezidenti Zuzana Çaputova Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

APA-nın məlumatına görə, təbrikdə deyilir:

"Hörmətli cənab Prezident.

Ölkənizin milli bayramı - Respublika Günü münasibətilə Slovakiya Respublikasının vətəndaşları adından və şəxsən öz adımdan Sizi təbrik edirəm.

Azərbaycan xalqına sülh, firavanlıq və demokratik cəmiyyətin daha da möhkəmləndirilməsi işində uğur arzulayıram. İnanıram ki, Slovakiya ilə Azərbaycan arasındakı münasibətlər hər iki ölkənin vətəndaşlarının rifahı naminə inkişaf edəcəkdir".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR