Sosial müavinət və təqaüdlərin məbləği artırılacaq

Sosial müavinət və təqaüdlərin məbləği artırılacaq
# 05 yanvar 2023 14:37 (UTC +04:00)

Sosial müavinətlərin və təqaüdlərin məbləğləri artırılacaq.

APA xəbər verir ki, bu, Prezident İlham Əliyevin imzaladığı “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” Sərəncamında əksini tapıb.

Sərəncama əsasən, Nazirlər Kabineti 10 gün müddətində sosial müavinətlərin və təqaüdlərin məbləğlərinin artırılması ilə bağlı təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR