Şri-Lanka Prezidenti Azərbaycan dövlət başçısına təbrik ünvanlayıb

Prezident İlham Əliyev

© APA | Prezident İlham Əliyev

# 02 iyun 2022 18:36 (UTC +04:00)

Şri-Lanka Demokratik Sosialist Respublikasının Prezidenti Qotabaya Racapaksa Prezident İlham Əliyevə təbrik ünvanlayıb.

APA xəbər verir ki, təbrik məktubunda deyilir:

"Ölkənizin milli bayramı - Müstəqillik Günü münasibətilə Şri-Lanka Demokratik Sosialist Respublikasının hökuməti və xalqı adından Sizi, Azərbaycan hökumətini və xalqını səmimi-qəlbdən təbrik etməkdən, ən xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.

Ümidvaram ki, Şri-Lanka ilə Azərbaycan arasında mövcud olan sıx dostluq və əməkdaşlıq əlaqələri qarşıdakı illərdə ölkələrimizin mənafeyi naminə daha da möhkəmlənəcəkdir.

Zatı-alinizə möhkəm cansağlığı və xoşbəxtlik, Azərbaycan xalqına isə davamlı sülh və firavanlıq arzulayıram".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR