Sudan rəhbəri Azərbaycan Prezidentini təbrik edib

Sudanın rəhbəri Abdel Fattah Abdelrahman Al-Burhan

© APA | Sudanın rəhbəri Abdel Fattah Abdelrahman Al-Burhan

# 04 iyun 2021 14:55 (UTC +04:00)

Sudan Respublikasının Suveren Keçid Şurasının sədri Abdel Fattah Abdelrahman Al-Burhan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

APA-nın məlumatına görə, təbrikdə deyilir:

"Zati-ailələri.

Milli bayramınız – Respublika Günü münasibətilə Sizi, ailənizi, Zati-alinizin simasında bütün Azərbaycan xalqını və dövlətini Sudan hökuməti və xalqı adından, şəxsən öz adımdan səmimi-qəlbdən təbrik edirəm.

Bu xoş fürsətdən istifadə edərək ölkələrimiz və xalqlarımız arasındakı mövcud ikitərəfli əlaqələrdən məmnunluq hissi keçirdiyimi bildirir, aramızdakı qardaşlıq və sülh tellərinin getdikcə daha da möhkəmlənəcəyinə əminliyimi ifadə edirəm.

Zati-aliləri, ən yüksək hörmət və ehtiramımı qəbul edin".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR