Şuşa Real Məktəbi bərpa ediləcək - SƏRƏNCAM

Şuşa Real Məktəbi

© APA | Şuşa Real Məktəbi

Foto al #
# 20 may 2022 14:13 (UTC +04:00)

Prezident İlham Əliyev Şuşa şəhərində Şuşa Real Məktəbinin binasının layihələndirilməsi və bərpası ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

APA xəbər verir ki, Sərəncama əsasən, Şuşa şəhərində Şuşa Real Məktəbinin binasının layihələndirilməsi və bərpası məqsədilə Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulan vəsaitdən Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ilkin olaraq 1 milyon manat ayrılıb.

Maliyyə Nazirliyi bu Sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etməli, Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR