Tahir Tağızadə Azərbaycanın Macarıstanda səfiri təyin olunub - YENİLƏNİB

Prezident İlham Əliyev

© APA | Prezident İlham Əliyev

# 23 iyul 2021 15:01 (UTC +04:00)

Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında, İrlandiya Respublikasında, İslandiya Respublikasında və Danimarka Krallığında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

APA-nın xəbərinə görə, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.

Sərəncama əsasən, Tahir Tofiq oğlu Tağızadə Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında, İrlandiya Respublikasında, İslandiya Respublikasında və Danimarka Krallığında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

Prezidentin digər sərəncamı ilə Tahir Tağızadə Azərbaycan Respublikasının Macarıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR