Tailand Kralı Azərbaycan Prezidentini təbrik edib

Tailandın Kralı Maha Vaciralonqkorn

© APA | Tailandın Kralı Maha Vaciralonqkorn

# 03 iyun 2021 11:43 (UTC +04:00)

Tailandın Kralı Maha Vaciralonqkorn Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb.

APA-nın məlumatına görə, təbrikdə deyilir:

"Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Sizə səmimi təbriklərimi və ən xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram. Zati-alinizə möhkəm cansağlığı və xoşbəxtlik, Azərbaycan Respublikasına və xalqına əmin-amanlıq və rifah arzulayıram".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR