Tailand Kralı Prezident İlham Əliyevi təbrik edib

Maha Vaçiralonqkorn

© APA | Maha Vaçiralonqkorn

# 07 iyun 2022 14:33 (UTC +04:00)

Tailandın Kralı Maha Vaçiralonqkorn Prezident İlham Əliyevə təbrik məktubu göndərib.

APA xəbər verir ki, təbrik məktubunda deyilir:

"Möhtərəm cənab Prezident.

Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Zati-alinizə ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, Azərbaycan Respublikasına və onun xalqına davamlı tərəqqi və firavanlıq arzulayıram".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR