Tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə qoşulması qaydası hazırlanacaq

Tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə qoşulması qaydası hazırlanacaq
# 03 fevral 2023 13:05 (UTC +04:00)

Tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə qoşulması qaydası hazırlanacaq.

APA-nın xəbərinə görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 23 dekabr tarixli 756-VIQD nömrəli Qanununun tətbiqi barədə” fərmanda əksini tapıb.

Fərmana əsasən, Nazirlər Kabineti tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə qoşulması və ya əlavə qaz həcmi alması qaydasını iki ay müddətində Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etməlidir.

Nazirlər Kabinetinə Energetika Nazirliyinin və İqtisadiyyat Nazirliyinin təklifləri əsasında, qoşulma xidmətinə görə ödəniş məbləğinin hesablanmasına dair metodologiyanı beş ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək də tapşırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR