“Total Energies”in baş icraçı direktoru Azərbaycan Prezidentini təbrik edib

Prezident İlham Əliyev

© APA | Prezident İlham Əliyev

# 24 dekabr 2021 14:06 (UTC +04:00)

“Total Energies” şirkətinin İdarə Heyətinin sədri, baş icraçı direktoru Patrik Puyane Prezident İlham Əliyevi yubileyi münasibətilə təbrik edib.

APA-nın xəbərinə görə, təbrikdə deyilir:

“Zati-aliləri, hörmətli cənab Prezident,

Sizi 60 illik yubileyiniz münasibətilə səmimi qəlbdən təbrik edirəm.

“Total Energies” şirkətinin adından və şəxsən öz adımdan Sizə möhkəm cansağlığı, xoşbəxtlik, Azərbaycan dövlətinin inkişafı və xalqının rifahı naminə fəaliyyətinizdə uğurlar arzulamaqdan məmnunluq duyuram.

Mən “Total Energies” şirkəti ilə Azərbaycan hökuməti arasında əməkdaşlığa böyük əhəmiyyət verirəm. Bizim şirkətimiz SOCAR-la birlikdə Azərbaycanda enerji sektorunun uzunmüddətli inkişafına töhfə vermək işinə sadiqdir.

Zati-aliləri, gələcək illərdə əməkdaşlığımızın daha da inkişafına və möhkəmlənməsinə ümid edirəm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR