“TRACECA”-nın Baş katibi Prezident İlham Əliyevi təbrik edib

“TRACECA”-nın Baş katibi Prezident İlham Əliyevi təbrik edib
# 24 dekabr 2021 19:12 (UTC +04:00)

“TRACECA” Hökumətlərarası Komissiyasının Daimi Katibliyinin Baş katibi Asset Assavbayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

APA-nın xəbərinə görə məktubda deyilir:

“Hörmətli İlham Heydər oğlu,

“TRACECA” Hökumətlərarası Komissiyasının Daimi Katibliyi adından və şəxsən öz adımdan Sizə olan dərin ehtiramımı qəbul etməyinizi xahiş edir, doğum gününüz münasibətilə səmimi təbriklərimi çatdırıram.

Möhtərəm cənab Prezident, Azərbaycan Respublikası həyatın bütün sahələrində danılmaz nailiyyətlər nümayiş etdirərək sürətlə inkişaf edən ölkələr sırasındadır.

Ötən ilin əhəmiyyətli hadisələri Sizin çoxşaxəli siyasətinizin növbəti sübutudur ki, bu da heyranlıq doğurur və dərin hörmətə layiq olduğunuzu göstərir. Əminəm ki, Sizin rəhbərliyinizlə Azərbaycan böyük gələcəyə doğru daha mütərəqqi addımlarla irəliləyəcəkdir.

“TRACECA” Hökumətlərarası Komissiyasının Daimi Katibliyi ölkənin iqtisadi və sosial tərəqqisi, beynəlxalq aləmdə əməkdaşlığın inkişafı istiqamətində Sizin xidmətlərinizi yüksək qiymətləndirir. Fürsətdən istifadə edərək, Azərbaycan Respublikasının “TRACECA”nın həm milli, həm də beynəlxalq səviyyədə fəaliyyətinə göstərdiyi dəstəyə görə Sizə dərin minnətdarlığımı və təşəkkürümü bildirirəm.

Hörmətli İlham Heydər oğlu, bu əlamətdar bayram günündə Sizə və bütün Azərbaycan xalqına möhkəm cansağlığı, xoşbəxtlik, firavanlıq və tərəqqi arzularımı çatdırıram”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR