Türkiyə Prezidenti Zəngilan Hava Limanının açılışında iştirak edəcək

Rəcəb Tayyib Ərdoğan, Türkiyə Prezidenti

© APA | Rəcəb Tayyib Ərdoğan, Türkiyə Prezidenti

# 19 iyul 2022 18:34 (UTC +04:00)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Zəngilan Beynəlxalq Hava Limanının açılışında iştirak edəcək.

APA xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Türkiyə Respublikasının ailə və sosial xidmətlər naziri Derya Yanıkı qəbul edərkən deyib.

Dövlət başçısı Türkiyə Prezidenti ilə Zəngilan hava limanının açılışında iştirak edəcəklərini məmnunluqla qeyd edib.

Qeyd edək ki, Zəngilan Beynəlxalq Hava Limanının tikintisi bu ilin sentyabr ayında başa çatacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR