Ukraynanın Dnepr şəhərinə humanitar ərzaq yardımı göndərilib - FOTO

Ukraynanın Dnepr şəhərinə humanitar ərzaq yardımı göndərilib - FOTO
# 29 aprel 2022 09:18 (UTC +04:00)

Bu gün Ukraynanın Dnepr şəhərinə humanitar ərzaq yardımı göndərilib.

Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundova APA-ya bildirib ki, ölkə rəhbərliyinin təşəbbüsü ilə 1000 tondan artıq humanitar yardım dost Ukraynaya göndərilib və bir çox dövlət, eləcə də ictimai strukturlar bu xoşməramlı aksiyaya qoşulublar.

"Onların arasında səfirliyimiz də var", - Elmira Axundova deyib.

O, bu məsələdə iki tanınmış şirkətdən kömək istədiklərini diqqətə çatdırıb: "Bu şirkətlərin rəhbərliyinə təşəkkürümü bildirirəm, onlar hər biri bizə 10 ton, müxtəlif çeşiddə gec xarab olan qida məhsulları təqdim etdi. Biz bu 20 ton ərzağı Dnepr şəhərinə göndərmək qərarına gəldik, çünki hazırda o, Mariupol, Xarkov, Severodonetsk və digər şəhərlərdən on minlərlə qaçqını qəbul edən humanitar xaba çevrilib. “W&E forward” logistika şirkəti yükü təyinat yerinə təmənnasız çatdırmağı öhdəsinə götürdü, bizi yük maşını ilə təmin etdi, buna görə onlara çox minnətdarıq.

Bundan əlavə, yerli iş adamlarından biri bizə Xarkov şəhəri üçün 10 tondan çox yüksək keyfiyyətli makaron məmulatları çatdırdı. Azərbaycan səfirliyi bu humanitar yardımı vaxtaşırı humanitar yardım karvanları təşkil edən Ukrayna səfirliyinə göndərib. Bizim tərəfdən humanitar yardımın toplanması davam etdiriləcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR