Uruqvay Prezidenti Azərbaycan dövlət başçısını təbrik edib

Uruqvay Prezidenti Azərbaycan dövlət başçısını təbrik edib
# 06 iyun 2023 18:42 (UTC +04:00)

Uruqvay Şərq Respublikasının Prezidenti Luis Lakalye Pou Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

APA xəbər verir ki, məktubda deyilir:

“Zati-aliləri!

Uruqvay xalqı və hökuməti adından, şəxsən öz adımdan Azərbaycanın Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi, həmçinin əziz xalqınıza sülh və firavanlıq arzularımı qəbul edin.

Qeyd etmək istəyirəm ki, ölkələrimiz arasında çox gözəl ikitərəfli münasibətlər yaranıb. Bu münasibətlərin iqtisadi, siyasi, mədəni əməkdaşlıq zəminində daha da möhkəmlənəcəyinə tam əminəm.

Cənab Prezident, fürsətdən istifadə edərək, Sizə ən yüksək ehtiramımı bildirirəm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR