Vyetnam Prezidenti Azərbaycan dövlət başçısını təbrik edib

Vyetnam Prezidenti Azərbaycan dövlət başçısını təbrik edib
# 31 may 2022 16:26 (UTC +04:00)

Vyetnam Sosialist Respublikasının Prezidenti Nquyen Suan Fuk Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

APA xəbər verir ki, təbrik məktubunda deyilir:

"Hörmətli İlham Heydər oğlu.

Azərbaycan Respublikasının müstəqilliyinin 104-cü ildönümü münasibətilə Vyetnam dövləti və xalqı adından Sizə və bütün Azərbaycan xalqına səmimi təbriklərimi çatdırıram.

Azərbaycanın yaxın dostu olan Vyetnam gözəl ölkənizin inkişafını həmişə izləyir, Sizin rəhbərliyinizlə ölkənin inkişafında, insanların həyatının yaxşılaşmasında, respublikanın beynəlxalq aləmə inteqrasiyasında, onun regionda və dünyada rolunun və mövqeyinin möhkəmlənməsində Azərbaycan xalqının böyük uğurlarına heyranlığını bildirir.

Vyetnam ilə Azərbaycan arasında bu ölkələrin hər birinin tərəqqisinə, regionda və beynəlxalq aləmdə mövqelərinin möhkəmlənməsinə töhfə verən ənənəvi dostluq və çoxtərəfli əməkdaşlığın müsbət inkişafına çox şadam.

Tam əminəm ki, Vyetnam ilə Azərbaycan arasında ənənəvi əməkdaşlıq iki ölkənin rəhbərliyinin iradəsi, qətiyyəti, nazirliklərin, idarələrin və regionların birgə səyləri, habelə iki xalqın həmrəyliyi sayəsində ölkələrimizin və xalqlarımızın rifahı, firavanlığı, bütün dünyada sülh və tərəqqi naminə gündən-günə möhkəmlənəcək və genişlənəcəkdir.

Azərbaycana firavanlıq, Azərbaycan xalqına isə xoşbəxtlik arzu edirəm.

Cənab Prezident, icazə verin, Sizə möhkəm cansağlığı, xoşbəxtlik və məsul vəzifənizdə böyük uğurlar diləyim".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR