Xaricdәki konsulluq idarələrinin ölümü qeydə alma qaydası açıqlanıb

Xarici İşlər Nazirliyi

© APA | Xarici İşlər Nazirliyi

# 24 yanvar 2023 18:34 (UTC +04:00)

Xarici İşlər Nazirliyinin xaricdәki konsulluq idarələrinin ölümü qeydə alma qaydası açıqlanıb.

APA xəbər verir ki, bu, Prezident İlham Əliyevin tətbiqi barədə fərman imzaladığı Mülki Prosessual Məcəlləyə edilən dəyişikliklərdə əksini tapıb.

Fərmana əsasən, şəxsin ölmüş elan edilməsinə dair məhkəmə qətnaməsi Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin qeydiyyat şöbələri, Xarici İşlər Nazirliyinin xaricdәki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri tərəfindən ölümün qeydə alınması üçün əsas sayılacaq. Bu qətnamə müvafiq olaraq əmlakın idarə edilməsinin və şəxsin ölümü haqqında vətəndaşlıq vəziyyəti akt qeydinin ləğvi üçün əsasdır.

Fərmana görə, uşağın övladlığa götürülməsi barədə məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamədən çıxarış 3 gün müddətində hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin informasiya sisteminə ötürüləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR