Xorvatiyanın sabiq Prezidenti Azərbaycanın dövlət başçısını təbrik edib

Xorvatiyanın sabiq Prezidenti Stepan Mesiç

© APA | Xorvatiyanın sabiq Prezidenti Stepan Mesiç

# 03 iyun 2021 13:24 (UTC +04:00)

Xorvatiya Respublikasının sabiq Prezidenti Stepan Mesiç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

APA-nın məlumatına görə, məktubda deyilir:

"Hörmətli Prezident, Zati-aliləri.

Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 103-cü ildönümü - Respublika Günü münasibətilə Sizi və bütün Azərbaycan xalqını səmimi-qəlbdən təbrik edir və Sizə Prezidentlik fəaliyyətinizdə bir daha uğurlar və firavanlıq arzulayıram.

Xorvatiya ilə Azərbaycan arasında xalqlarımızın ümumi dəyərlərinə əsaslanan, ölkələrimizin rəhbərlərinin siyasi səyləri nəticəsində daha da möhkəmlənən və genişlənən mehriban dostluq əlaqələri var.

Zati-alinizə ən səmimi təbriklərimi çatdırır, möhkəm cansağlığı və xoşbəxtlik arzulayır, Azərbaycan xalqına isə rifah diləyirəm.Cənab Prezident, Sizə olan ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR