Zemfira Meftahəddinova və Rəfiqə Şabanova Prezidentin Fəxri diplomu ilə təltif edilib - SİYAHI

Zemfira Meftahəddinova və Rəfiqə Şabanova Prezidentin Fəxri diplomu ilə təltif edilib - SİYAHI
# 12 noyabr 2022 12:51 (UTC +04:00)

Prezident İlham Əliyev Azərbaycanda idmanın inkişafında xidmətləri olan şəxslərin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

APA xəbər verir ki, sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin yaradılmasının 30 illik yubileyi münasibəti ilə və idmanın inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilsin:

İsayev Xəzər Ağali oğlu

Meftahəddinova Zemfira Əli qızı

Rəhimov Nazir Həzrətqulu oğlu

Şabanova Rəfiqə Mahmud qızı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR