"AmCham": "Ağ sənəd" yaxın zamanlarda təqdim ediləcək

"AmCham": "Ağ sənəd" yaxın zamanlarda təqdim ediləcək
# 20 dekabr 2019 12:54 (UTC +04:00)

"Ağ sənəd" üzrə hazırlıqlar gedir. Bu ilin sonu – gələn ilin əvvəlində mövqe sənədimizi təqdim edəcəyik.

"APA-Economics"in məlumatına görə, bu barədə Azərbaycanda Amerika Ticarət Palatasının ("AmCham Azerbaijan") icraçı direktoru Natəvan Məmmədova Bakıda keçirilən Xarici Ticarət İştirakçılarının 2-ci Respublika Forumunda çıxışı zamanı bildirib.

O qeyd edib ki, burada əsasən iki məsələ – qısa bəyannamələr və gömrük dəyərinin müəyyənləşdirilməsi ilə bağlı təkliflər yer alıb.

N. Məmmədovanın sözlərinə görə, Palatanın əsas məqsədi aparılan islahatlarda özəl sektorun gözləntilərini hökumətə çatdırmaqdır: "Bizim təkliflərin də qəbul edilərək reallaşmasını görmək sevindirici haldır. Palata ölkədə aparılan islahatları dəstəkləyir və hər zaman təkliflərini təqdim edir. Qeyd edim ki, indiyədək bu təkliflərin 80-90%-i qəbul edilib".

Qeyd edək ki, "Ağ sənəd" Azərbaycanın işgüzar mühitinin, geniş mənada isə bütövlükdə ölkənin daha da gücləndirilməsini təmin edəcək dəyişikliklər haqqında "AmCham"ın üzv heyətinin kollektiv düşüncəsini əks etdirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR