"Caspian European Club" biznes-tur təşkil edib - FOTO

"Caspian European Club" biznes-tur təşkil edib - FOTO
# 17 yanvar 2020 15:34 (UTC +04:00)

“Caspian European Club” üzvləri 2020-ci il yanvarın 16-17-də biznes-tur çərçivəsində Azərbaycan Qida Təhlükəsizliyi İnstitutuna (AQTİ) baş çəkib.

APA-Economics”in məlumatına görə, bu barədə “Caspian European Club”un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev bildirib.

Şirkət nümayəndələrinə AQTİ-nin fəaliyyəti barədə ətraflı məlumat verilib. Biznes-tur çərçivəsində şirkətlər həmçinin Mərkəzləşmiş Nümunə Qəbulu Sektorunun, Milli Referent Laboratoriya və Mərkəzi Baytarlıq Laboratoriyasının fəaliyyəti ilə də tanış olublar.

“Biznes-tur iştirakçılarına interaktiv formatda AQTİ-nin fəaliyyəti və gələcək planları barədə məlumat təqdim olunub. Qeyri-rəsmi şəraitdə “Caspian European Club” üzvlərinin AQTİ rəhbərliyi ilə görüşü təşkil olunub. AQTİ rəhbərliyi biznes-tur iştirakçılarını maraqlandıran sualları cavablandırıb. Tərəflər əməkdaşlıq imkanları, əməkdaşlıq barədə əldə olunmuş ilkin razılaşma barədə müzakirələr aparıblar”, - deyə Telman Əliyev qeyd edib.

O həmçinin bildirib ki, “Caspian European Club” ölkənin və regionun nəhəng dövlət və özəl müəssisələrinin potensialı, həmçinin əməkdaşlığın qurulması imkanları ilə daha yaxından tanış olmaq məqsədilə iş adamları üçün ənənəvi olaraq bu cür biznes-turlar təşkil edir. İlin əvvəlindən ona yaxın biznes-tur keçirilib. Onların sırasına erməni işğalçılarından azad olunmuş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə, AMEA Yüksək Texnologiyalar Parkına, Naxçıvan Muxtar Respublikasına, Bakıdakı Heydər Əliyev Beynəlxalq Aeroportuna, Beynəlxalq Bakı Ticarət Limanına, Azərbaycan Respublikasının Prezidenti Yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tabeliyində İnnovasiyalar Mərkəzinə və digər məkanlara təşkil olunmuş biznes-turlar da daxildir.

Sıralarında dünyanın 50 ölkəsinin 5 mindən artıq şirkət və təşkilatını birləşdirən “Caspian European Club” 2002-ci ilin iyununda yaradılıb. Klubun mənzil-qərargahı Bakıda (Azərbaycan) yerləşir. “Caspian European Club”un Gürcüstanda və Qazaxıstanda rəsmi nümayəndəlikləri, ABŞ, Almaniya, Polşa, Çexiya və Latviyada səlahiyyətli nümayəndələri var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR