ABŞ-da avtomobil satışları səkkizillik minimuma enib

ABŞ-da avtomobil satışları səkkizillik minimuma enib
  • Clock-gray 15:18
  • calendar-gray 06 Yanvar 2021

ABŞ-da 2020-ci ildə 14,5 mln. avtomobil satılıb ki, bu da illik ifadədə 15% azdır. Nəticədə, 2012-ci ildən bəri ölkədə avtomobil satışları minimuma enib. Buna səbəb koronavirus pandemiyası olub. Məhz bu dövrdə potensial alıcılar avtomobil satış mərkəzlərinə gəlməkdən çəkinir, avtomobil istehsalçıları isə ötən ilin yaz aylarında müəssislərini ikiaylıq bağlamaq məcburiyyətində qaldı.

"APA-Economics"in "İnterfaks-Qazaxıstan"a istinadən verdiyi məlumata görə, bu barədə "The New York Times" qəzeti yazır.

Amerikanın "General Motors Co." avtomobil istehsalçısı ötən il ABŞ-da satışlarının 12% azalaraq 2,55 mln. (minik və yüngül yük avtomobilləri – LCV) təşkil etdiyini bildirib. Buna baxmayaraq, ötən ilin IV rübünə şirkətin satışları 2019-cu ilin eyni dövrü ilə müqayisədə 5% artaraq 771 minə çatıb. Bu, 2007-ci ildən bəri IV rüb üzrə ən yaxşı göstəricidir.

Yaponiyanın "Toyota Motor" şirkəti isə ötən il ABŞ-da 2,1 mln. avtomobil və yüngül yük maşını realizə edib ki, bu da 2019-cu illə müqayisədə 11% azdır. Buna baxmayaraq, dekabrda şirkətin satışları illik müqayisədə 20% artıb.

"Fiat Chrysler"in ABŞ-dakı satışları 2020-ci ildə 17% azalaraq 1,8 mln. avtomobilə düşüb. IV rübdə avtomobil istehsalçısının satışlarında təxminən 8-lik azalma qeyd alınıb. Elektromobil istehsalçısı "Tesla Inc." şirkəti isə qlobal satışlarının ötən il təxminən 36% artaraq 500 minə yaxın olub. Şirkət ayrı-ayrı ölkələr və ya regionlar üzrə məlumat vermir.

"Alix Partners" konsaltinq şirkətinin analitikləri 2021-ci ildə ABŞ-da avtomobil satışlarının 15,8 mln. çatacağını proqnozlaşdırırlar. Lakin bu, əvvəlki 5 il ərzində ölkədə hər il satılan təxminən 17 mln. göstəricisindən azdır.

APA-Economics

Digər xəbərlər