AFFA yerli biznesə AVRO-2020 zamanı suvenir və hədiyyə satışının təşkilini təklif edib

AFFA yerli biznesə AVRO-2020 zamanı suvenir və hədiyyə satışının təşkilini təklif edib
# 19 fevral 2020 11:05 (UTC +04:00)

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) yerli biznesə Bakıda keçiriləcək AVRO-2020 oyunları zamanı suvenir və hədiyyələrin satışının təşkilini təklif edib.

"APA-Economics"in məlumatına görə, "AVRO-2020: KOB-lar üçün perspektivlər" mövzusunda Bakıda keçirilən tədbirdə çıxış edən AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov qeyd edib ki, suvenir məhsullarına tələbat həddindən artıq çox olacağı gözlənilir.

"Avropa Liqasının Bakıda keçirilən final oyunu çərçivəsində UEFA-nın təyin etdiyi şirkət tərəfindən suvenirlərin satışı təşkil olunmuşdur. Söhbət xarici şirkətdən gedir, çünki heç bir yerli şirkət olmadı ki, burada hədiyyələr və suvenirlər istehsal edə bilsin. Bu xarici şirkət daxili bazarı araşdıraraq ölkəyə 500 min manat dəyərində suvenir gətirdi və artıq 4 günə bütün mallarını realizə etdi, hətta oyun keçirilən gün heç bir suvenir və hədiyyəsi qalmamışdı", - deyə E. Məmmədov qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR