Aİ-nin regional layihəsi çərçivəsində sahibkarlar 278 min manat sərmaye kapitalı alıblar

Aİ-nin regional layihəsi çərçivəsində sahibkarlar 278 min manat sərmaye kapitalı alıblar
  • Clock-gray 11:52
  • calendar-gray 04 Mart 2021

Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMFA) Avropa İttifaqı (Aİ) tərəfindən maliyyələşdirilən “Azərbaycan regionlarında dayanıqlı mikrosahibkarlığın inkişafının sürətləndirilməsi” (ADSMIRRA) layihəsi çərçivəsində regionlarda fəaliyyət göstərən 113 sahibkar yeni biznesə başlamaq və yaxud mövcud biznesi genişləndirmək üçün 277 780 manat sərmayə kapitalı alıb.

"APA-Economics"in məlumatına görə, bunu layihə rəhbəri Sevinc Rüstəmova ADSMIRRA layihəsinin yekun konfransında deyib.

Onun sözlərinə görə, planlaşdırılan 50 sahibkarın yerinə 113 sahibkar sərmayə kapitalı alıb.

S. Rüstəmova qeyd edib ki, layihənin əhatə etdiyi bölgələr arasında (Gəncə-Qazax, Quba-Xaçmaz, Şəki-Zaqatala və Kür-Araz (Aran) iqtisadi rayonları) ən aktiv Gəncə-Qazax və Quba-Xaçmaz rayonları olub. Bunun səbəbi kimi, layihə rəhbəri həmkar təşkilatların aktiv iştirakını və sözügedən rayonlarda onların nümayəndəliklərinin çox olmasını göstərib.

Layihənin digər göstəricilərinə toxunan S. Rüstəmova vurğulayıb ki, nəticədə, 125 iş yeri yaradılıb, 202 ailənin gəlirləri artıb, 76 sahibkarın biznesi genişlənib və 37 yeni biznes yaradılıb.

Mirsəid İbrahimzadə

Digər xəbərlər