AQTA toyuq məhsullarının Çinə ixracı ilə bağlı bu ölkənin müvafiq orqanına müraciət edib

AQTA toyuq məhsullarının Çinə ixracı ilə bağlı bu ölkənin müvafiq orqanına müraciət edib
# 25 dekabr 2019 12:22 (UTC +04:00)

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkədə istehsal olunan toyuq məhsullarının Çinə ixracı ilə bağlı bu ölkənin müvafiq orqanına müraciət edib.

"APA-Economics"in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında AQTA sədrinin müşaviri Elxan Mikayılov deyib.

Onun sözlərinə görə, bu yaxınlarda ölkə olaraq bu səlahiyyətin əldə olunacağı gözlənilir.

"Bitkiçilik məhsullarından giləmeyvələrin, gilas, gilənar kimi məhsulların Çin və Koreya bazarına ixracı ilə bağlı aidiyyəti dövlət orqanları ilə iş aparılır. Burada ilkin olaraq dövlətlər arasında həll olunası məsələlər var ki, onlar həll olunmadığına görə həmin məhsulların ixracı mümkün deyil. Bunu nəzərə alaraq, Agentlik artıq potensial ixrac bazarlarını araşdıraraq həmin ölkələrin səlahiyyətli orqanları ilə o ölkələrin tələblərini Azərbaycanda yerinə yetirilməsi istiqamətində işlər aparır", - deyə E. Mikayilov qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR