AQTA: "Qida təhlükəsizliyi haqqında" qanun layihəsi yaxınlarda müvafiq qurumlara təqdim olunacaq

AQTA: "Qida təhlükəsizliyi haqqında" qanun layihəsi yaxınlarda müvafiq qurumlara təqdim olunacaq
# 20 dekabr 2019 12:10 (UTC +04:00)

"Azərbaycanda "Qida təhlükəsizliyi haqqında" qanun layihəsi qəbul olunması üçün yaxın vaxtlarda müvafiq qurumlara təqdim olunacaq".

"APA-Economics"in məlumatına görə, bunu Bakıda keçirilən Xarici Ticarət İştirakçılarının 2-ci Respublika Forumunda çıxış edən Azərbaycan Qida Təhlükəsizliyi Agentliyin sədri Qoşqar Təhməzli deyib.

Onun sözlərinə görə, hökumətdə təmsil olunan qurumların, müxtəlif ictimai təşkilatların, sahibkarların, eyni zamanda beynəlxalq ekspertlərin rəy verdikləri mükəmməl bir qanun layihəsi hazırlanıb.

"Burada qida məhsullarına münasibətdə əsas faktorlar öz əksini tapacaq ki, artıq Azərbaycandan qida məhsullarının ixracı zamanı sadəcə beynəlxalq standartlara uyğun olaraq bir sənəd təqdim olunacaq. Həmin sənəddə Azərbaycanın ixrac olunan məhsullarının istər heyvan, istərsə bitki mənşəlli, istərsə də digər xarakterli məhsulların göstəriciləri öz əksini tapacaq. Yəni, bir sənəd üzərində həm məhsulun baytarlıq, həm fitosanitar, eyni zamanda digər sağlamlıq göstəriciləri də əksini tapacaq", - deyə Q. Təhməzli qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR