ASK Azərbaycan-Ermənistan sərhədində baş verənlərlə bağlı sahibkarlara müraciət edib

ASK Azərbaycan-Ermənistan sərhədində baş verənlərlə bağlı sahibkarlara müraciət edib
# 16 iyul 2020 17:31 (UTC +04:00)

"Azərbaycan sahibkarları dövlət başçısı İlham Əliyevin apardığı siyasəti bəyənir, onun rəhbərliyi ilə atılacaq hər hansı bir addımlara dəstək verməyə daim hazır olduqlarını bildirib. Ordumuzun düşmənə layiqli cavab verdiyi bir vaxtda, xüsusilə diqqətli olmalıyıq".

Azərbaycan Sahibkarlar Konfederasiyasına (ASK) "APA-Economics"ə verilən məlumata görə, bunu ASK-ın prezidenti Məmməd Musayev deyib.

O bildirib ki, bu günlərdə Konfederasiyaya sahibkarlardan çoxlu sayda müraciət daxil olub. Bütün sahibkarlar dövlətin, ordunun, Azərbaycanın qəhrəman əsgərlərinin yanında olduqlarını bəyan etməklə, onlara dəstək olmaq istədiklərini qeyd ediblər.

"Azərbaycan Sahibkarlar Konfederasiyası bütün Azərbaycan xalqına, o cümlədən sahibkarlara müraciət edərək, koronavirus pandemiyasının doğurduğu ciddi təhlükəni bir an belə unutmamağı, yoluxma riskini dəfələrlə artıran toplaşmalardan çəkinməyi, özünütəcrid qaydalarına riayət etməyi tövsiyə edir. İnanırıq ki, siz bu müraciəti anlayışla qarşılayaraq xüsusi karantin rejiminin tələblərinə əməl edəcək, özünüzün və yaxınlarınızın sağlamlığının qayğısına qalacaqsınız. Biz isə Azərbaycan Sahibkarlar Konfederasiyası olaraq, koronavirus pandemiyasına qarşı çətin mübarizə günlərinə və erməni təxribatına baxmayaraq həmrəylik nümayiş etdirərək ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi altında yeni-yeni iqtisadi uğurlara nail olacağımıza inanır və əmin edirik ki, dövlətimizin daha da güclənməsi, rəqabətə davamlı istehsalın genişləndirilməsi və dünya miqyasında nüfuzunun daha da artması üçün bütün gücümüzü səfərbər edəcək, əlverişli biznes mühitindən yararlanmaqla ölkəmizin daha da çiçəklənməsi, əhalinin rifah halının yaxşılaşdırılması üçün var gücümüzlə çalışacağıq", - deyə M. Musayev qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR