ASK pandemiyadan zərər çəkən sahibkarlara vergi güzəştlərinin verilməsi ilə bağlı təkliflər hazırlayıb

ASK pandemiyadan zərər çəkən sahibkarlara vergi güzəştlərinin verilməsi ilə bağlı təkliflər hazırlayıb
# 24 aprel 2020 15:06 (UTC +04:00)

Azərbaycan Sahibkarlar Konfederasiyası (ASK) pandemiyadan zərər çəkən sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə vergi güzəştlərinin və tətillərin verilməsi ilə bağlı təkliflər hazırlayıb.

ASK-dan “APA-Economics”ə verilən məlumata görə, Konfederasiyanın vitse-prezidenti Zakir Nuriyevin sədrliyi ilə keçirilən iclasda, həmçinin vergi və sosial qanunvericiliyə ediləcək əsas dəyişikliklər layihəsi müzakirə edilib.

İclasda əsas təkliflərlə bağlı vergi üzrə mütəxəssis Zakir Kazımov çıxış edərək, sahibkarlara vergi məcəlləsindəki bəzi anlayışların dəqiq verilməsi, ƏDV, mənfəət vergisi ilə bağlı təklif edilən dəyişikliklərin izahını verib.

Müzakirələr zamanı ianələrin vergidən azad olunması, kənd təsərrüfatı məhsullarının pərakəndə satışı ilə bağlı vergitutma mexanizmi, riskli vergi ödəyicisi kateqoriyası ilə bağlı qarşıya çıxan problemlər üzrə konkret təkliflər dinlənilib.

Müzakirələrin yekununda təkliflərin vahid sənəd formasına salınaraq İqtisadiyyat Nazirliyinə və Milli Məclisə göndərilməsi qərara alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR