ASK və AZEBI arasında memorandum imzalanıb

ASK və AZEBI arasında memorandum imzalanıb
# 11 fevral 2021 17:14 (UTC +04:00)

Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) ilə Azərbaycanlı İş Adamları Birliyi Gürcüstan (AZEBI) arasında əməkdaşlıq memorandumu imzalanıb.

ASK-dan "APA-Economics"ə verilən məlumata görə memorandumu ASK-ın prezidenti Məmməd Musayev və AZEBI-nin İdarə Heyətinin sədri Nəriman Qurbanov imzalayıblar.

Onlayn formatda keçirilən tədbirdə Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev, AZEBI-də təmsil olunan iş adamları və ASK-ın icra aparatının əməkdaşları iştirak ediblər.

F. Quliyev bildirib ki, Azərbaycan qonşu Gürcüstana 3,5 mlrd. ABŞ dolları sərmayə yatırıb. Ümumilikdə, Gürcüstanda Azərbaycan kapitallı 1 000-dən çox şirkət qeydiyyatdan keçib. O, bu şirkətlərin AZEBI ətrafında birləşərək təşkilatlanmasını aktivləşdirməyin, iş adamlarının qonşu ölkədə qarşılaşdıqları çətinliklər barədə vaxtında səfirliyə müraciət etməsinin əhəmiyyətini diqqətə çatdırıb.

ASK-ın prezidenti Məmməd Musayev çıxışında eyni zamanda yaxın gələcəkdə Türkiyə, Gürcüstan və Azərbaycandakı iş adamlarının birlikdə biznes-forum keçirməsinin vacibliyi barədə təkliflərini səsləndirib.

Qeyd edək ki, AZEBI Gürcüstan və Azərbaycan arasında iqtisadi əlaqələri gücləndirmək, Gürcüstanda fəaliyyət göstərən azərbaycanlı sahibkarların təşkilatlanması, üzvlər arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi və dərinləşdirilməsi məqsədilə yaradılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR