ASK və TÜMKİAD arasında anlaşma memorandumu imzalanıb - FOTO

ASK və TÜMKİAD arasında anlaşma memorandumu imzalanıb - FOTO
# 21 yanvar 2021 11:01 (UTC +04:00)

Azərbaycan Sahibkarlar Konfederasiyası (ASK) ilə Türkiyənin Tüm Kalkınma İş Adamları və Girişimçilər Təşkilatı (TÜMKİAD) arasında Bakıda anlaşma memorandumu imzalanıb.

"APA-Economics in məlumatına görə, sənədi ASK-nın vitse-prezidenti Vüqar Zeynalov və

TÜMKİAD-ın sədri İlhamı Öztürk imzalayıblar.

Təşkil olunan görüşdə ASK-nın vitse-prezidenti, memorandumun nəticəsi olaraq, iki ölkənin iş adamları arasında biznes-forumun təşkil olunacağını qeyd edib.

O, Türkiyə iş adamlarının Azərbaycana investisiya etmək niyyətində olan, iş birliyi qurmaq istəyən şirkətlərin yerli iş adamları ilə görüşlərinin təşkilinin vacib məqamlardan biri olduğunu qeyd edib.

Görüşdə işğaldan azad olunan rayonlarda məşğulluğun təşkil edilməsi məqsədilə sənaye zavodların və fabriklərin qurulması məsələsinə toxunulub. Gələcəkdə nəzərdə tutulan görüşlər zamanı bu müzakirə mövzusu əsas aspektlərdən biri olacağı bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR