ASK və Tula vilayətinin Ticarət və Sənaye Palatası arasında Anlaşma Memorandumu imzalanıb

ASK və Tula vilayətinin Ticarət və Sənaye Palatası arasında Anlaşma Memorandumu imzalanıb
# 24 avqust 2020 10:56 (UTC +04:00)

Azərbaycan Sahibkarlar Konfederasiyası (ASK) ilə Tula vilayətinin Ticarət və Sənaye Palatası arasında Anlaşma Memorandumu imzalanıb.

ASK-dan "APA-Economics"ə verilən məlumata görə, cari ilin avqust ayının əvvəlində ASK prezidenti cənab Məmməd Musayevin xüsusi tapşırığına uyğun olaraq, ASK Baş katibinin müavini Fuad Hümbətov tərəfindən Rusiya Federasiyasının sənaye cəhətdən inkişaf etmiş Tula vilayətinin Ticarət və Sənaye Palatasının rəhbərliyi ilə təmaslar yaradılıb və effektiv əməkdaşlıq əlaqələrinin qurulması istiqamətində bir neçə mərhələli danışıqlar prosesi həyata keçirilib.

Qeyd olunan danışıqların nəticəsi olaraq, təşkilatlar arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Həmçinin bu ilin oktyabr-noyabr aylarında Tula Ticarət və Sənaye Palatası rəhbərliyinin iştirakı ilə Azərbaycanda Tulalı iş adamlarının biznes missiyasının səfərinin təşkili və səfər çərçivəsində B2B görüşlərin keçirilməsi razılaşdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR