Almaniya elektromobil və hibrid avtomobillər satışlarında ABŞ-ı qabaqlayıb

Almaniya elektromobil və hibrid avtomobillər satışlarında ABŞ-ı qabaqlayıb
  • Clock-gray 15:35
  • calendar-gray 09 Mart 2021

Ötən il Almaniya yeni elektromobil və hibrid nəqliyyat vasitələrinin satışı üzrə ABŞ-ı geridə qoyub.

APA-Economics” xəbər verir ki, bu barədə “Baden-Württemberg” Günəş və Hidrogen Enerjisi Araşdırma Mərkəzinin yaydığı məlumatda bildirilir.

Qeydə alınan elektromobil və hibrid tipli nəqliyyat vasitələrinin satışına görə ən böyük bazar Çin qalıb – 1,25 mln. vahid. Bu göstərici dünya üzrə olan 3,18 mln. rəqəmin üçdə birindən çoxdur. Qlobal artım 38% olduğu təqdirdə, Çin bazarı son bir ildə 3% artıb.

Artım əsasən Avropa bazarının hesabına baş verib. İlk növbədə, keçən il təxminən 395 min bu cür nəqliyyat vasitəsinin qeydə alındığı Almaniya birinci yerdə qərarlaşıb. Bu ölkədə elektromobil və hibrid avtomobillərinin satışlarında 2,6 dəfədən çox artım qeydə alınıb.

Miqyasına görə üçüncü yerdə ABŞ qərarlaşıb. Bu ölkədə ötən il 322 min nəqliyyat vasitəsi qeydə alınıb. Ümumilikdə, ilk onluğa Fransa (195 min), Böyük Britaniya (175 min), Norveç (108 min), İsveç (94 min), Niderland (88 min), İtaliya (60 min) və Kanada (53 min) daxil olub.

Elektromobil və hibrid avtomobillərin ilk beş istehsalçısı siyahısında ABŞ-ın “Tesla”, Almaniyanın “Volkswagen” və BMW, eləcə də Çininin SAIC və BYD şirkətləri yer alıb.

Hüseyn Vəliyev

Digər xəbərlər