Almaniya səfiri: "Azərbaycan iqtisadiyyatına daha ixtisaslı işçi qüvvə tələb olunur"

Almaniya səfiri: "Azərbaycan iqtisadiyyatına daha ixtisaslı işçi qüvvə tələb olunur"
# 02 mart 2021 16:22 (UTC +04:00)

COVID-19 pandemiyası ötən il Azərbaycanın Almaniya ilə ticarət dövriyyəsinin əhəmiyyətli dərəcədə azalmasının əsas səbəbi olub.

Bunu “APA-Economics”ə Almaniyanın Azərbaycandakı səfiri Volfqanq Maniq deyib.

Onun sözlərinə görə, müxtəlif şirkətlərin aktivliyinin zəifləməsi bu azalmada böyük rol oynayıb.

Səfir vurğulayıb ki, Almaniya və ümumilikdə dünya iqtisadiyyatı böhran yaşayır. O qeyd edib ki, pandemiya böhranı fonunda Alman-Azərbaycan Xarici Ticarət Palatasının apardığı araşdırmaya əsasən, hazırda Azərbaycan iqtisadiyyatına daha ixtisaslı işçi qüvvə və çevik qanunvericilik tələb olunur.

Xatırladaq ki, 2020-ci ildə Azərbaycan və Almaniya arasında aparılmış ticarət əməliyyatlarının həcmi təxminən 818 mln. ABŞ dolları təşkil edib. Bu, əvvəlki illə müqayisədə iki dəfə azdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR