"AmCham" post-müharibə dövründə Azərbaycana dəstək verəcək

"AmCham" post-müharibə dövründə Azərbaycana dəstək verəcək
# 16 dekabr 2020 15:27 (UTC +04:00)

Azərbaycanda Amerika Ticarət Palatası ("AmCham Azərbaycan") post-müharibə dövrü üçün Azərbaycan hökumətinə tam dəstək verəcəyini bəyan edir.

Palatadan “APA-Economics”ə verilən məlumata görə, 260 üzvü birləşdirən Azərbaycanın ən böyük biznes assosiasiyası olaraq, "AmCham" Azərbaycan hökumətinin işğaldan azad edilmiş ərazilərin bərpası və inkişafı istiqamətindəki səylərini dəstəkləyir və bu istiqamətdə öz töhfəmizi verməyə hazır olduğunu bildirir.

"AmCham" Azərbaycanın bu ən vacib hədəfinə çatması istiqamətində dayanıqlı siyasət və müvafiq həll yollarının müəyyən edilməsi və həyata keçirilməsində hökumət, yerli və xarici işgüzar dairələr, eləcə də digər maraqlı tərəflərlə sıx əməkdaşlıq edəcək.

"AmCham Azərbaycan", həmçinin, Prezident İlham Əliyev tərəfindən "YAŞAT" Fondunun yaradılmasını alqışlayır və ona hər cür yardım və dəstəyi göstərməyə hazır olduğunu bildirir.

Palata həyatını və sağlamlığını Vətən üçün qurban verən bütün qəhrəmanlara ən dərin hörmətini ifadə edir və bütün üzvlərini onların ailələrinə mənəvi və maddi dəstək göstərməyə çağırır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR