Antiinhisar Dövlət Xidmətinin strateji yol xəritəsi martadək hazır olacaq

Antiinhisar Dövlət Xidmətinin strateji yol xəritəsi martadək hazır olacaq
# 17 fevral 2021 12:11 (UTC +04:00)

Fevralın sonunadək Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin 2021-2023-cü illər üzrə strateji yol xəritəsi hazırlanacaq.

APA-Economics”in məlumatına görə, bunu Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin 2020-ci ilin yekunlarına həsr olunmuş konfransında çıxış edən Dövlət Xidmətinin rəis müavini Məmməd Abbasbəyli deyib.

Onun sözlərinə görə, sənəd təsdiq olunandan sonra Dövlət Xidmətinin bütün fəaliyyəti onun üzərində qurulacaq: “Bu, çox geniş və strateji xəritədir. Xəritədə bütün sahələrin bir qədər də təkmilləşdirilməsi və inkişafı nəzərdə tutur”.

Dövlət Xidmətinin rəsmisi təbii inhisar subyektlərinin tənzimlənməsi və nəzarətdə saxlanılması məsələsinə toxunaraq bildirib ki, bunun üzərində ciddi işlər aparılır. Bu istiqamətdə peşəkar tənzimləmə sisteminin qurulması və təkmilləşdirilməsi davam etdiriləcək.

“Dövlət satınalmaları sahəsində yaradılan portalın texniki imkanlarının genişləndirilməsi istiqamətində də işlər davam etdiriləcək. Ümid edirik ki, sahə üzrə yenin qanun layihəsi qanun formasını aldıqdan sonra dövlət büdcəsindən xərclənən bütün vəsaitlər dövlət satınalmaları vahid internet portalı üzərindən aparılacaq və bu da özlüyündə səmərəyə nail olmağa imkan verəcək”, - deyə M. Abbasbəyli qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR